Hər il fevral ayında Formula 1 komandaları bolidlərini ictimaiyyətə təqdim edir.
Artıq bəzi komandaların təqdimat tarixi məlum olub. Məsələn, ötən mövsümün uğurlu kollektivlərindən olan “Red Bull” fevralın 9-da yeni bolidini ictimaiyyətə nümayiş etdirəcək. Amma Avstriya komandası yarış maşınının bütün özəlliklərini nümayiş etdirməyəcək. Bir gün sonra isə “Aston Martin” yeni bolidi ilə azarkeşlərinin qarşısına çıxacaq. Fevralın 11-də “Maklaren”, 14-də “Alfa Tauri”, 17-də “Ferrari”, 18-də “Mersedes”, 21-də “Alpin” təqdimat mərasimi keçirəcək. Son olaraq dekabrın 27-də “Aston Martin” bolidini icitimaiyyətə təqdim edəcək.