Formula 1 üzrə dünya çempionatında yeni mövsümdə də 3 sprint yarışı keçiriləcək.

Bu barədə Almaniya mətbuatı məlumat verib. Qeyd edək ki, ötən mövsüm Böyük Britaniya, İtaliya və Braziliya Qran-prilərində sprint yarışları keçirilmişdi. Bəzi mənbələrin məlumatına görə, bu uğurlu cəhdlərdən sonra yeni mövsümdən onların sayı artırla bilərdi. Hətta bununla bağlı razılıq da əldə olunmuşdu. Amma iddialı komandalar sprint yarışlarının artmasına görə xərc limitinin genişləndirilməsini tələb etmişdi. Bu isə azbüdcəli komandaları qane etməmişdi. Beləliklə də, tərəflər ortaq məxrəcə gələ bilmədiyindən sprint yarışlarının 3 dəfə keçirilməsi ilə bağlı qərar qüvvədə qalıb.