Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunlarının startına 2 gün qaldı.
Bu gün isə Çinin paytaxtındakı Olimpiya Meşə Parkının cənub qapısından məşəl estafetinə start verilib. Çin səddi də daxil olmaqla ölkənin məşhur yerlərdən keçəcək olimpiya alovunu 1000 nəfərin daşıyacağı gözlənilir. Hətta məşəlin robot-amfibiyanın daşıyacağı ilə bağlı plan da var. Sabah məşəl ikinci Olimpiya klasterinin yerləşdiyi Yansinə aparılacaq. Estafetin üçüncü mərhələsi isə Cjançzkyaku şəhərində keçiriləcək. Nəhayət Olimpiadanın açılış günü onu Olimpiya parkına gətirəcəklər.