Avroliqanın 24-cü turunda “Fənərbağça” azarkeşlərini sevindirib. İlk “8-liy”əlvida edən İstanbul klubu doğma arenada Lionu məğlub edib - 85:76. Ardıcıl 3-cü qələbəsini qazanan Türkiyə komandası hazırda turnir cədvəlində 9-cu pillədədir. Ardıcıl 3-cü dəfə uduzan Fransa təmsilçisi isə 13-cü yerdədir.
“Olimpiya Milan” qələbələrini sıralamaqdadır. İtaliya klubu bu tur Sebiyada “Srvena Zvezda”nı məğlub edib 63:57. Bununla da komanda 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmləndirib. Son 5 qarşılaşmasında 4-cü dəfə uduzan “Srvena Zvezda” isə 14-cü pillədədir.
Autsayder “Jalgiris” isə uğurusuzluq zolağından çıxa bilmir. Komanda ardıcıl 7-ci oyununda da məğlub olub. Litva klubu azarkeşləri önündə “Makkabi Tel Əviv”lə bacarmayıb. Ceyms Nannellinin 32 xalla diqqət çəkdiyi qarşılaşmada qonaqlar 94:78 hesablı qələbə qazanıblar.
Günün digər qarşılaşmalarında bu nəticələr qeydə alınıb:
Panatinaikos – Monako 83:91
Baskoniya – Zenit 82:90
Barselona – Bavariya 71:66
Qeyd edək ki, hazırda “Real Madrid” turnir cədvəlinə başçılıq edir. “Kral klubu” əzəli rəqibi “Barselona” izləyir.