Ralli üzrə 8 qat dünya çempionu Sebastyan Ojye dözümlülük yarışlarında iştirak edəcək.
O, “Rişar Mill” komandası ilə müqavilə imzalayıb. Sebastyan əvvəlcə martın 18-də start götürəcək “Sebrinqin 1000 mili” turnirində bacarığını nümayiş etdirəcək. “Le Manın 24 saatı” yarışı isə iyun ayının əvvəllərində təşkil olunacaq. Xatırladaq ki, 38 yaşlı pilot ötən mövsümdən başqa kateqoriyalarda qüvvəsini sınamaq istədiyini, xüsusən də Le Manın 24 saatı yarışında mübarizə aparmağı arzuladığını demişdi.