Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

Finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız həlledici mərhələdə Cənubi Koreya təmsilçisi Harım Li ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib. Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.