Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 15-ci tura start verilib. Ekvador millisi Braziliya seçməsini qəbul edib. Oyunda hesab erkən açılıb. Kasemiro qonaqları önə keçirib. 15-ci dəqiqədə ekvadorlu Aleksadr Dominqes qırmızı vərəqə ilə cəzalandırılıb. Çox keçmədən Emerson Royal braziliyalıları azlıqda qoyub. İkinci yarıda meydan sahibləri Feliks Torresin qolu ilə tarazlığı bərpa ediblər - 1:1 Braziliya yığması 36 xalla qrup lideridir. Hesabında 24 xal olan Ekvador 3-cüdür.

Qrupun digər matçında Çili kollektivi doğma meydanda Argentina millisi ilə qarşılaşıb. Matçda hesabı Anxel Di Mariya açıb. 10 dəqiqə sonra Ben Brereton tazazlığı bərpa edib. Buna baxmayaraq qonqlar yenidən önə keçiblər. Lautaro Martines fərqlənib. Görüş elə bu hesabla başa çatıb -  Çili-Argentina 1:2 Argentina seçməsi 32 xalla yarış cədvəlində 2-cidir. Son iki oyunda məğlub olan Çili yığması 7-ci pillədə qərarlaşıb.