Şahmatçıların “Tata Stil Çes” superturniri davam edir.

Niderlandın Veyk-An-Zeye şəhərində təşkil olunan turnirdə 1 günlük fasilədən sonra 9-cu turun görüşləri keçiriləcək. Qrossmeysterimiz Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Bu qarşılaşma liderlik baxımından mühüm əhəmiyyət kəsb edir. Karlsen və Məmmədyarov 5 xal yarımla digər qorssmeysterləri qabaqlayırlar.