FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Bu ada Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski sahib olub. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.

Ötən il 69 qol vuran R.Levandovski "Bavariya" ilə Almaniya Bundesliqasının və kuboku yarışının qalibi olub.