Estoniyanın paytaxtı Tallində fiqurlu konkisürmə üzrə Avropa çemionatı başlanıb.

Yarışda ölkəmizi 4 idmançı təmsil edir. Çempionatın ilk günü komandamızın üzvlərindən  Vladimir Litvintsev bacarığını nümayiş etidirib.  Qısa proqramda 83,46 xal toplayan konkisürənimiz 7-ci yeri tutub. Litvintsev sabah sərbəst proqramda çıxış edəcək.   Qeyd edək ki, Avropa çempiontında Azərbaycan konkisürənlərindən Yekaterina Ryabova şəxsi, Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti isə cütlüklərin yarışında mübarizə aparacaq.