Kamerunda keçirilən Afrika Millətlər Kubokunun D qrupunda çıxış edən Nigeriya millisi Misir seçməsi ilə görüşüb.

Qarşılıqlı hücumlarla başalayan ilk hissədə hesab 30-cu dəqiqədə açılıb. Nominal meydan sahiblərinin heyətində Keleçi İhanaço fərqlənib.   İkinci yarıda hesbada geri olan misirlilər  topa daha çox nəzarət ediblər. Komanda məğlubiyyətdən xilas olmaq üçün böyük  səy göstərsə də rəqib qapısına yol tapa bilməyib. Minimal hesablı nəticəni sona qədər qoruyan Nigeriya futbiolçuları yekunda qələbə qazanıblar.

Əlcəzair - Sierra Leone və Sudan Qvineya Bissau matçlarında isə hesab açılmayıb.