Kşiştof Piontek yenidən İtaliya A seriyasında çıxış edə bilər.

Bundesliqa klublarından “Herta”nın polşalı futbolçusu “Fiorentina”ya keçməyə yaxındır.  Onunla sabiq komandası “Cenoa” da yaxından maraqlansa da, Piontekin florensiyalılara üstünlıkü verdiyi bildirilir. Xatırladaq ki, 2018-2019-cu il mövsümündə “Cenoa”da çıxış edın Kşiştof Piontek ötən mövsüm “Milan”da oynayıb. O, 2 il əvvəl elə qış transfer pəncərəsində “Herta”ya transfer olunmuşdu. Qeyd edək ki, polşalı hücümçu bu mövsüm bundesliqada 9 oyunda cəmi 1 qol vura bilib.