“Liverpul”un hücümçusu Divok Oriqi isə İtaliya klublarının diqqət mərkəzindədir.
A seriyasının 3 komandasının belçikalı forvardla maraqlandığına dair xəbərlər yayılıb. Mövsümün sonunda müqaviləsi başa çatacaq Oriqi ilə pulsuz vidalaşmamaq üçün “Liverpul” rəhbərliyi qışda onu hər hansı komandaya keçməsinə şərait yaradacaq. Onun transfer qiyməti 10 milyon avro dəyırləndirilir. Amma Oriqi özü ən azı mövsümün sonuna kimi “Liverpul”da qalmaq niyyətindədir. Qeyd edək ki, belçikalı forvard cari premyer liqada 3 oyunda meydana çıxıb və 2 qol vurub.