Cüdo üzrə yığma komandamız Antalyada beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Hazırlıq prosesinə böyüklər və gənclərdən ibarət milli komandalarımız qatılacaqlar. Təlim-məşq toplanışına yanvarın 8-də start veriləcək və ayın 15-dək davam edəcək.

Qeyd edək ki, böyüklər və gənclərdən ibarət cüdo üzrə yığma komandalarımız sonuncu hazırlığını Göygöl Olimpiya İdman Kompleksində keçib. İlin sonuncu təlim-məşq toplanışında əsasən, Bakı, Sumqayıt, Gəncə və Qəbələdən yaşı 18-dən 31-dək olan cüdoçular iştirak ediblər.