Yunanıstanın “Aris” klubu Polşa “Legiya”sında çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli ilə maraqlanır.

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Xəbərdə “Aris”in heyətini yeni hücumçu ilə gücləndirmək istədiyi və M.Emrelinin namizədlər arasında olduğu bildirilib.