Hər ilin əvvəlində İsveçrə, Almaniya və İtaliyada ənənəvi keçirilən “Tur de Ski” yarışı davam edir .

Sayca 16-cı xizək turnirinin 5-ci günündə azarkeşlər maraqlı mübarzənin şahidi olub. İtaliyanın Val de Fiemme məntəqəsində keçirilən yarışda əfsanəvi norveçli xizəkçi Yohannes Klebo uğur qazanıb. O, 15 km məsafəlik mass-start yarışında 1 saat 52 dəqiqə 39 saniyəlik nəticə ilə qalib gəlib. Bu uğur sayəsində Klebo karyerasında 46-cı titulunu qazanaraq bu göstəricidə həmyerlisi Byorn Delinin rekordunu təkrarlayıb. Maraqlıdır ki, Deli 1999-cu ildə 31 yaşında bu nəticə ilə yadda qalmışdısa, hazırda Klebonun 25 yaşı var.

Yeri gəlmişkən, bu yarışda Klebodan 2 dəqiqə geri qalan rusiyalı Aleksandr Bolşunov 2-ci yeri tutub. Finlandiyalı İvo Niskanen isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Elə ümumi sıralamaya da 746 xalla Klebo başçılıq edir. Ondan 283 xal geridə qalan Bolşunov 2-ci sırada qərarlaşıb. Norvçeli Erik Valnes 399 xalla 3-cü yerdədir.