"AMADA-nın yaranmasının 5 illiyini qeyd edirik".
Bu fikirləri Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli (AMADA) 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
AMADA rəsmisinin sözlərinə görə, hesabat dövrü ərzində 6 260 dopinq-testi həyata keçirilib: "Bunlardan 5 400-ü milli test proqramında gerçəkləşib".
Fəaliyyət müddətində 76 antidopinq qayda pozuntusunun aşkarlandığını bildirən Ş.Hüseynli son 3 ildə cəmi 2 antidopinq qayda pozuntusunun üzə çıxdığını, 9 qayda pozuntusu ilə bağlı bəraət verildiyini bildirib.