İstanbulda keçirilən parataekvondo üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü bürünc medal qazanıb.

58 kiloqram çəki dərəcəsində dünya çempionatına qatılan gənc parataekvondoçumuz Sabir Zeynalov (K-44) ilk qarşılaşmada Tokio Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı, misirli Əhməd Yasirə (23:12), sonrakı görüşlərdə rusiyalı Vasili Viqilianskiyə (28:14) və Braziliya təmsilçisi Fabricio Manquez De Souzaya (32:1) qalib gələrək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda görüşdə Türkiyə təmsilçisi Əli Özcana məqlub olan S.Zeynalov bürünc medalla kifayətlənməli olub.

Yarışda Azərbaycanı 9 idmançı təmsil edib.