Xizək üzrə 2021/22 mövsümünün 3-cü mərhələsi geridə qalıb.
İsveçrənin Davos məntəqəsində keçirilən yarışın son günündə xizək həvəskarları maraqlı mübarizənin şahidi olub. Qadınların arasında sərbəst üsulla 10 km məsafəni qət etmə yarışında norveçli Tereza Yohauq rəqiblərinə heç bir şans verməyib. 14 qat dünya çempionu finiş xəttini 23 dəqiqə 40 saniyəyə qət edib. Ondan 14,5 saniyə geridə qalan amerikalı Cessika Diqqins 2-ci yeri tutub. İsveçli Frida Karlsson isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Yeri gəlmişkən, Karlsson şəxsi birincilikdə 400 xalla Davosdan lider kimi ayrılıb.
Kişilərin yarışında sərbəst üsulla 15 km məsafəni qət etmək yarışında da norveçlilər uğur qazanıb. İkiqat olimpiya çempionu Simyon Heqstad Krüger finiş xəttini 32 dəqiqə 20 saniyəyə qət edib. Ondan 22 saniyə geridə qalan Yohannes Klebo 2-ci yeri tutubsa, rusiyalı Sergey Ustyuqov 3-cü olub. Yeri gəlmişkən, bu yarışda 3-cü olan Ustyuqov şəxsi birincilikdə 212 xal toplayan həmyerlisi Aleksandr Bolşunova çatıb. Bu iki xizəkçini isə məhz Krüger qabaqlayır. Norveçli idmançının hesabında 225 xal var.