Karyerası ərzində ən çox gəlir əldə edən qadın tennisçilərin siyahısı açıqlanıb.
"Böyük Dəbilqə" seriyalı turnirlərin 23 qat qalibi Serena Uilyams 94 milyon 518 min 971 dollarla cədvələ başçılıq edir. Serenanın bacısı Vinus isə 2-ci pillədə qərarlaşıb. O, karyerası ərzində 42 milyon 280 min 541 dollar qazanıb. 3-cü yerdə isə 38 milyon 777 min 962 dollarla Mariya Şarapova qərarlaşıb. İlk 10-luqda Simona Halep, Karolin Voznyatski, Viktoriya Azarenka, Petra Kvitova, Anjelik Kerber, Aqneşka Radvanska və Svetlana Kuznetsovanın da adı var.