Daniil Medvedev, Andrey Rublyov, Viktoriya Azarenka, Simona Halep və daha bir neçə məşhur tennisçi öz raketkalarını xeyriyyə məqsədi ilə satışa çıxarıb.

Aksiyadan əldə olunan gəlir xərçəng xəstəliyindən əziyyət çəkən məşqçi Kristiana Şnayderin müalicəsinə xərclənəcək. Xatırladaq ki, Kristiana məşhur xorvat raketka ustası Borna Çiliçin sabiq məşqçisi olub. Şnayder 2 il əvvə səhhətində problemlər səbəbindən müalicəyə başlasa da, bir müddət əvvəl qarın nahiyəsindən kəskin ağrılar nəticəsində xəstəxanaya yerləşdirilmişdi. Müayinə nəticəsində onun qara ciyərində  xərçəng xəstəliyi aşkarlanmışdı.