Moto GP üzrə Valensiya qran-prisinə yekun vurulub. 27 dövrədən ibarət yarışda italiyalı Françesko Banya bütün rəqiblərini qabaqlayıb. O, 41 dəqiqə 15 saniyəlik nəticə göstərib. Bununa da Dukati pilotu son 6 qran-prinin 4-ündə qalib olub. İspaniyalı Jorje Martin ikinci pillədə qərarlaşıb. İlk üçlüyü Avstraliya təmsilçisi Cek Miller qapayıb.
Bu qran-pri Moto GP tarixinin əfsanəvi pilotlarından Valentino Rossinin karyerasında sonuncu yarışı kimi yadda qalıb. O, mübarizəni 10-cu sırada bitirib. Rossinin çıxışı azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb.