Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və Lüksemburq milli komandaları qarşılaşacaqlar. Oyun saat 21:00-da start götürəcək.
Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Manuel Şüttenqruber olacaq. Ona Roland Brandner və Robert Ştaynaxer kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulian Vaynberger yerinə yetirəcək.
Oyunun VAR hakimi Harald Lexner, onun köməkçisi Sebastyan Gişamer olacaq.
Millimizin yer aldığı A qrupunda Serbiya millisi 17 xalla birinci pillədə qərarlaşıb. Portuqaliya (16 xal) və Lüksemburq (6 xal) ilk üçlükdə yer alıblar. İrlandiya 5 xalla dördüncü, Azərbaycan isə 1 xalla qrupda sonuncudur.