2025-ci yeni reqlament dəyişikliklərinə qədər isə Formula 1 yağışlı havada bolidlərin yarışması ilə bağlı qərar qəbul etmək istəyir.
Belçika Qran-prisinin yarımçıq dayandırılması pilotların narazılğına səbəb olunca, qurum yağışlı havada da yarışı keçirmək istəyir. Amma bolidlərin təhlükəsizlik məsələlərinə görə müəyyən narahatlıqlar var. Formula 1 rəhbərliyinin verdiyi məlumata görə görüntü ilə bağlı müəyyən problemləri yoluna qoymaq olsa da, bolidin yaş trassda hərəkət etməsi çətinlik yaradacaq. Hazırda bu sahədə müəyyən işlər gedir.