Formula 1-də hər yeni reqlament dəyişikliyi komandalar arasında rəqabətin artmasına təminat verir.
Bununla yanaşı, bolidlər də müasirləşir. Hazırda “Kral avtoyarışları”nda müzakirə olunan problemlərdən biri yarış maşınlarının çəkisi ilə bağlıdır. Artıq 2026-cı ildən bu problem yoluna qoyulacaq. Formula 1-in idman direktoru Ross Braun mətbuata açıqlamasında 5 ildən sonra bu istiqamətdə müyyən irəliləyişin əldə olunacağını söyləyib. Onun sözlərinə görə, mühərriklərin daha sadə metodlarla işləməsi bolidlərin çəkisinə də təsir edəcək. Nəticədə yarış avtomobillərinin ölçüsü də azaldılacaq.