Novak Cokoviç o qədər də çox istirahət etmək fikrində deyil.
ABŞ Açıq tennis turnirində uğursuzluqdan sonra bir müddət yarışlardan kənarda qalmaq qərarına gələn ATP reytinqinin lideri Parisdəki Masters seriyalı turnirdə iştirak edəcək. Fransanın paytaxtına gələn serbiyalı tennisçi nüfuzlu turnirdə uğur qazanmaq istədiyini söyləyib: “Yenidən korta çıxacağıma görə çox şadam. Son bir neçə həftədə çox yaxşı məşq etmişəm. Bu günə qədər Parisdə böyük nəticələr qazanmışam. Bu da o deməkdir ki, mən bu turnirdə çox uzağa gedəcəyəm. Əleyhimə yalnız oyun praktikasının azlığı işləyə bilər”.