Uzun müddət zədə səbəbindən turnirlərdən kənarda qalan Rafael Nadalın yenidən korta çıxacağı tarix məlum olub.
“Böyük Dəbilqə” seriyalı turnirlərin 20 qat qalibi dekabr ayında yarışlara qatılacaq. İspaniya mətbuatının məlumatına görə Barselonada bərpa kursu keçdikdən sonra artıq 35 yaşlı tennisçi məşqlərə çıxıb. Hazırda o günə saatyarım məşq edir. Nadal dekabrın 16-dan 18-nə qədər Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq şou xarakterli turnirdə iştirak edəcək. O, həmçinin yanvar ayında “Australian Open”dən əvvəl keçiriləcək yarışlardan birinə də qatılmaq istəyir.