Almaniya Bundesliqasında 10-cu turun oyunları başa çatıb. Günün ilk oyununda “Auqsburq” “Ştutqart”ı qəbul edib. Matçda hesabı şvabiyalılar açıb. 7-ci dəqiqədə Fuhriç cərimə meydançasından kənardan qüvvətli zərbə ilə “A uqsburq”u meydanın mərkəzinə dəvət edib. 30-cu dəqiqə Oksford künc zərbəsindən sonra başla topu qapıdan keçirərək hesabı bərabərləşdirib. İkinci hissədə oyun meydan sahiblərinin diqtəsi altında keçib. 53-cü dəqiqədə “Auqsburq” yenidən künc zərbəsindən sonra fərqlənməyi bacarıb. Bu dəfə Quveleuv adını tabloya yazdırıb. Hücumlarını daha da artıran meydan sahibləri 72-ci dəqiqədə Niderlexnerlə fərqi artırıb. Oyunda son nöqtəni cərimə meydançasından kənardan mükəmməl zərbə ilə Finboqasson qoyub – Auqsburq – Ştutqart 4:1
Günün son matçında Mönhenqladbax “Borussiya”sı “Bohum”u evə əliboş yola salıb. Həftəçi Almaniya kubokunda “Bavariya”nı 5 cavabsız qolla məğlub edən Adi Hütterin komandası ilk hissədə rəqibini çətin vəziyyətə salıb. Artıq 12-ci dəqiqədə Plea sağ cinahdan cərimə meydançasına edilən asmanı başla qapıdan keçirərək hesabı açıb. Fasilə ərəfəsində Hoffman fərqi artırıb. Sona 4 dəqiqə qalmış Blum cərimə zərbəsindən gözəl qol vuraraq fərqi minimuma endirsə, “Bohum” məğlubiyyətdən qaça bilməyib. Borussiya Mönhenqladbax – Bohum 2:1.