Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun fəaliyyətini Beynəlxalq Xizək İdman Növləri Federasiyasında davam etdirəcək.

O bu qurumun rəhbəri Yohan Eliaşın dəvəti ilə məsləhətçi vəzifəsində çalışacaq. 90 yaşlı funksioner əsasən bu federasiyanın marketinq məsələləri ilə məşğul olacaq. Mətbuata açıqlama verən FİS-in prezidenti Eliaş Fiş Ekllstonunun Formula 1-in populyarlaşması üçün gördüyü işlərdən heyran olduğunu söyləyib. Onun fikrincə rəhbərlik etdiyi federasiyanın Berni kimi marketinq mütəxəssisinə ehtiyacı var.