Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 26-da Malta yığması ilə qarşılaşıb.

 "ASK Arena"da keçirilmiş oyun 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qolunu 90-cı dəqiqədə Vüsalə Seyfəddinova vurub.

Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Rusiya və Monteneqroya (hər iki oyun 0:2) məğlub olub.