Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin sədri Serdar Tatlı istefa verib.

Köməkçisi Metin Tokatdan sonra Tatlı da tutduğu vəzifədən ayrılıb.

Sədr hakimlərə mesaj yazaraq, qərarını onlara çatdırıb. TFF-nin istefa ərizəsini qəbul edib-etmədiyi hələlik bəlli deyil.

Qeyd edək ki, Serdar Tatlı ötən ilin avqustunda Mərkəzi Hakimlər Komitəsinin sədri təyin olunmuşdu.