Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib. Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək. Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.