Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindəki Qazaxıstan – Türkiyə oyununda iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 12-də Qazaxıstanın Karaqanda şəhərindəki "Şaxtyor" stadionda keçiriləcək.