Litvada futzal üzrə dünya çempionatı sona yaxınlaşır. Artıq mundialda 2-ci finalçı da müəyyənləşib. Portuqaliya millisi Qazaxıstanı məğlub edərək tarixində ilk dəfə həlledici oyuna vəsiqə əldə edib.
Portuqaliya millisi yarımfinalda Qazaxıstan yığması ilə üz-üzə gəlib. Görüşdə ilk qol 2-ci hissədə vurulub. Pani Varela portuqaliyalı azarkeşləri sevindirib. Amma oyunun sonunda Dauren Nurqozin tarazlığı bərpa edib - 1:1. Əsas vaxt bu hesabla yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac yaranıb. Burda da tərəflər hərəyə 1 qol vurublar. Əvvəlcə Qazaxıstan millisinin heyətində Duqlas Junior, ardınca isə portuqlaiyalı Bruno Koelho fərqlənib - 2:2. Yarımfinalın taleyinə penaltilər seriyasında aydınlıq gəliıb. Burda daha dəqiq oynayan Portuqaliya millisi tarixində ilk dəfə finala yüksəlib. Həlledici görüşdə komanda hazırki çempion Argentina yığması ilə üz-üzə gələcək. Qazaxıstan kollektivi isə bürünc medal uğrunda görüşdə Braziliya millisi ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 3-də keçiriləcək.