Çempionlar Liqasında A qrupunun 2-ci turunda  PSJ doğma arenada “Mançester Siti” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı İdrissa Qeye açıb. Fasilədən sonra Lionel Messi diqqət mərkəzinə düşüb. Argentinalı ulduz yeni komandasında ilk qolunu vurub. Çempionlar Liqasında ardıcıl 17-ci mövsümdə də fərqlənən Messi Kərim Benzemanın rekordunu təkrarlayıb.

Qrupun Almaniyada keçirilən digər oyununda “Leyptsiq” “Brügge”yə uduzub. Hərçənd ki, artıq 5-ci dəqiqədə Kristofer Nkunku yerli azarkeşləri sevindirib. Amma fasiləyə kimi Hans Vanaken və Mats Rits qapını dəqiq nişan alaraq Belçika klubuna əzmkar qələbə qazandırıb. Hazırda “BrüggE” PSJ ilə bərabər 4 xalla qrupa başçılıq edir. “Mançester Siti”nin 3 xalı var. Autsayder “Leyptsiq” isə xal qazana bilməyib. Növbəti turda PSJ – “Leypsiq”, “Brügge” – “Mançester Siti” oyunları olacaq.