İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir.
“Barselona” “Nou Kamp”da “Levante”ni qəbul edib. La Liqada son 2 oyununda sülh bağlayan “Barsa” görüşə hücümlarla başlayıb. Artıq 6-cı dəqiqədə Memfis Depay hesabı açıb. Az sonra Lük de Yonq fərqlənib. Bu niderlandlı forvardın Barselonada ilk qolu olub. Oyunun sonunda Ansu Fati Lük de Yonqu əvəzləyib. Zədəsini sağaldaraq 323 gündən sonra meydana çıxan “Barselona”nın yeni “10” nömrəsi qayıdışını qolla qeyd edib. Beləliklə “Barselona” 3:0 hesablı qələbə qazanıb. 12 xalla 6-cı pillədə olan Kataloniya klubu lider “Real”dan 5 xal geri qalır. Qeyd edək ki, “Barselona”nın ehtiyatda 1 oyunu daha var.