Formula 1 üzrə gələn il keçiriləcək dünya çempionatının təqvimi məlum olub.
Avropa mətbuatının məlumatına görə, ilk yarış martın 20-də Bəhreyndə keçiriləcək. Mövsüm noyabrın 20-də Əbu Dabidə yekunlaşaçaq. Azərbaycan Qran-prisi isə iyunun 12-də təşkil olunacaq. Ümumilikdə mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır.