Rusiya, Ukrayna, Latviya, Macarıstan,  Kipr və Finlandiya 2025-ci ildə basketbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə FİBA məlumat yayıb. Avropa ali basketbol qurumu 6 ölkə arasında 4-ünü seçəcək. Reqlamentə əsasən, final mərhələsində hər qrup bir ölkədə keçiriləcək və daha sonra pley-off mərhələsi onlardan birinə həvalə ediləcək. İndiki məqamda Kiprlə Finlandiya yalnız qrup mərhələsinə ev sahibliyi etmək istəyir. Xatırladaq ki, 2022-ci ildə Avropa çempionatının oyunları Çexiya, Yunanıstan, Almaniya və İtaliyada təşkil olunacaq.