İtaliya A Seriyasında çıxış edən “Kalyari”nin yeni baş məşqçisi Valter Matsarrinin köməkçisi müəyyənləşib.

Ona Azərbaycan millisinin məşqçisi Klaudio Belluççi kömək edəcək. Xəbərdə bildirilib ki, Belluççini 1998-ci ildən tanıyan Matsarri onunla çalışmaq istəyini dilə gətirib və 46 yaşlı mütəxəssis köməkçi-məşqçi təyin olunub. Matsarri 1998-ci ildə “Napoli”də köməkçi məşqçisi vəzifəsini icra etdiyi zaman Belluççi komandanın futbolçusu olub. Eyni zamanda Canni de Byazinin köməkçisi olan Belluççininin Azərbaycan millisindən ayrılıb-ayrılmadığı barədə məlumat verilməyib.