Azərbaycan 1-ci divizionunda "Kəpəz" və "Qəbələ-2" komandaları arasındakı mövsümün açılış oyununda həssas jest edilib.

Qol.az xəbər verir ki, görüşdə topa ilk zərbəni qazilər vurub. Onlar Vətən Müharibəsi iştirakçıları - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və Gəncə təmsilçisinin azarkeşi Sərxan Yolçuyev ilə Tural Xanəliyev olub.

 Qeyd edək ki qarşılaşma qolsuz bərabərliklə başa çatıb.