Hazırda klubsuz qalan təcrübəli futbolçu Amit Quluzadə yenidən ölkə xaricinə yollana bilər.
Belə ki, Yunanıstanın 2-ci liqa təmsilçisi “Apollon Larissa” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Əgər tərəflər müqavilə şərtlərini razılaşdırsa, Quluzadə Ellada təmsilçisi ilə 1 illik müqavilə bağlayacaq. Qeyd edək ki, Amit Quluzadə bundan əvvəl də Yunanıstanda çıxış edib və məhz Larissa şəhərinin eyni adlı təmsilçisində oynayıb. Onun sonuncu klubu isə Moldovanın “Milsami” klubu olub.