Pandemiyaya görə futbol oyunlarının sıx qrafiki yenidən müzakirəyə səbəb olub. FİFA prezidenti Canni İnfantino mətbuata açıqlamasında bunun futbolçulara mənfi təsir etdiyini bildirib. 51 yaşlı funksioner təqvimdəki oyunların azaldılmasının tərəfdarıdır: “Beynəlxalq təqvimdəki mövcud vəziyyət son həddə çatdığımızı göstərir. Pandemiyaya görə futbolçular oynamaq üçün daha uzaq məsafələrə gedir. Bütün bunlar idmançıların sağlamlığına mənfi təsir göstərir. Təqvimdə həddindən artıq faydasız oyun var. Nə edəcəyimizi müəyyənləşdirməli və hər kəsin anlaya biləcəyi bir sistem tapmalıyıq".

Qeyd edək ki, ilin sonuna kimi FİFA-nın təqvimdəki oyunları azaldacağı barədə qərar qəbul edəcəyi bildirilib.