2022-ci il dünya çempionatının seçmə mərhələsində İtaliya millisi rekord yeniləyib. Litvaya qalib gələn milli ardıcıl 37 görüşdə məğlub olmayan yeganə komandadır. İlk dəqiqələrdən üstünlüyə yiyələnən Roberto Mançinin futbolçuları fasiləyədək rəqib qapısından 4 top keçiriblər. Moyze Kin dubl etdiyi halda, Cakomo Raspodori bir dəfə fərqlənib. Qonaqların heyətində isə Edqaras Utkus avtoqol müəliif olub. İkinci yarıda Covanni Di Lorentso mübarizəyə nöqtə qoyub. 5-0. İtaliya millisi 14 xalla “C” qrupunun lideridir.

İspanlar isə Kosovo seçməsinin qonağı olublar. Bol qollu görüş gözləyənlər yanılıblar. İspaniya komandası 2 dəqiq zərbə sayəsində qələbə qazanıb. Əvvəlcə, Pablo Fornals hesabı açıb. Matçın sonlarında isə Ferran Torres fərqlənib. 2-0 hesabı ilə qalib gələn ispaniyalılar “B” qrupunda 13 alla liderliyini davam etdirirlər.

“J” qrupunun favoriti Almaniya yığması da sürprizə imkan verməyib. İslandiya komandası ilə üz-üzə gələn bundestim rəqib qapısından 4 top keçirib. Serj Qnabri və Antonio Rudiger ilk hissədə fərqlənib. İkinci yarıda isə Leroy Sane və Timo Verner hədəfi dəqiq nişan alıb. 4-0 hesabı ilə üstün olan Almaniya seçməsi 15 xalla birincidir.