Türkiyə millisi dünya çempionatı seçmə mərhələsinin 6-cı görüşündə Niderland yığmasının qonağı olub. Meydan sahibləri fasiləyə kimi böyük üstünlük qazanıblar. Davi Klassen ilk dəqiqədəcə hesabı açıb. Bundan başqa Memfis Depay dubl edib. Hissənin sonuna yaxın Türkiyə seçməsi azlıqda qalıb. Çağlar Söyüncü 2-ci dəfə sarı vərəqəylə cəzalanaraq meydandan kənarlaşdırılıb. “Narıncılar” 2-ci yarıda fərqi artırıblar. Memfis Depay het-trik müəllifi olub. Qus Til və Doniel Malen isə hesabı rüsvayçı həddə çatdırıb. Türkiyə futbolçularının gücü yalnız təsəlli qolunu vurmağa çatıb. Cengiz Ünder mübarizəyə nöqtə qoyub:  Niderland – Türkiyə 6:1.

“C” qrupunun digər matçında isə Norveç yığmasının böyükhesablı qələbəsi qeydə alınıb. Skandinaviya komandası autsayder Cəbəllütariq millisini məğlubiyyətə uğradıb. Meydan sahiblərindən Kristian Torstvedt hesabı açıb.  Erlinq Holand het-trik müəllifi olub. Bundan başqa Aleksandr Sörlot fərqlənib. Cəbəllütariq futbolçularından isə Ris Stayç komandasının yeganə qolunu vurub. Beləliklə norveçiləilər 5:1 hesabilə qalib gəlib.  Onlar xallarının sayını 13-ə çatdıraraq G qrupunda 2-ci pilləyə çıxıblar. 5 matçdan Eyni miqdarda xal qazanan Niderland millisi liderdir. Hesabında 11 xal olan Türkiyə yığması isə 3-cü pilləyə geriləyib. Monteneqro kollektivi 8 xalla 4-cü, Latviya komandası 5 xalla 5-cidir. Hələ ki, xal qazana bilməyən Cəbəllütariq futbolçuları G qrupunda sonuncu sıradadır.