Daha bir futbolçumuz Polşa çempionatında çıxış edə bilər.
Söhbət milli komandamızın üzvü Rüstəm Əhmədzadədən gedir. Hazırda Ukraynanın “Minay” klubunda oynayan yarımmüdafiəçi “Visla” (Plok) klubundan təklif alıb. Rüstəm Azərbaycanın bir neçə klubunun maraq dairəsində olsa da, o, karyerasını Avropada davam etdirmək fikrindədir. Qeyd edək ki, artıq milli komandamızın iki üzvü Mahir Emreli və Anton Krivatsyuk Polşa çempionatında çıxış edir.