Cənubi Amerika zonası üzrə dünya çempionatı seçmə mərhələsində növbəti oyunlar keçirilib. Günün maraqlı qarşılaşmalarından birində Uruqvay millisi Boliviya komandasını qəbul edib. Oyuna gözlənildiyi kimi üstün başlayan meydan sahibləri 15-ci dəqiqədə hesabı açıblar. Corciyan De Araskaeta diqqət mərkəzinə düşüb. 31-ci dəqiqədə Fede Valverde üstünlüyü iki topa yüksəltib. İkinci hissənin əvvəllərində meydan sahibləri Auqustin Alvarezlə rəqibi üçüncü dəfə mərkəzə dəvət ediblər. 59-cu dəqiqədə qonaqlar Marselo Moreno ilə buraxılan toplardan birinin əvəzini çıxıblar. Lakin çox keçmədən Corcian De Araskaeta təyin olunan penalitini dəqiq yerinə yetirməklə dubl edib. 84-cü dəqiqədə hakim bu dəfə Uruqvay futbolçularının qapısına penalti təyin edib. Marselo Moreno 11 metirlik zərbəni dəqiq yerinə yetirsə də, bu komandasını məğlubiyyətdən qurtulması üçün kifayət etməyib. URUQVAY – BOLİVİYA 4-2
Dünya çempionatının final mərhələsinə çıxmağa iddialı olan Ekvador yığması isə Çili kollektivini qəbul edib. 90 dəqiqə ərzində tərəflərin cəhtlərinə baxmayaraq qapılarda qol olmayıb. ən yadda qalan hadisə isə 63-cü dəqiqədə - meydan sahiblərinin futbolçusu Cuniyor Sarnozanın qırımızı vərəqəylə cəzalanması olub. EKVADOR – ÇİLİ 0-0
Paraqvay – Kolumbiya oyununda tərəflər 1-1 hesablı bərabərliyə razılaşıblar. 40-cı dıəqiqədə Antonio Sanabrianın vurduğu qola, 53-cü dəqiqədə Xuan Kuadrado penaltidən fərqlənməklə cavab verib. Peru – Venezuela qarşılaşmasında futbolsevərlər 1 qol görüblər. 35-ci dəqiqədə Kristian Kueva fərqlənməklə perululara qələbə qazandırıb.
Günün ən diqqətçəkən hadisəsi isə Braziliya və Argentina millilərinin oyununda yaşanıb. Belə ki, matç başlanandan bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin nümayəndələri və polislər meydana daxil olaraq Argentina millisinin bəzi futbolçularının karantin qaydalarına riayət etmədiyini əsas gətirərək onları meydandan çıxarıb. Yekunda İngiltərə Premyer Liqasında çıxış edən oyunçular - Emiliano Martines, Emiliano Buendiya, Covani Lo Çelso və Serxio Romeronun deportasiyasını tələb ediblər. Argentina tərəfi isə bu qərara qarşı çıxaraq komanda şəkildə paltardəyişmə otağına yollanıb. Yaşanan hadisələrdən sonra matçı təxirə salınıb. Qeyd edək ki, Braziliyada tətbiq olunan karantin qaydalarına əsasən Britaniyadan gələn şəxslər 14 gün karantində qalmalıdır.
Xatırladaq kİ, Cənubi Amerika zonasında qrup yarışında Braziliya seçməsi 21 xalla liderdir. Argentina millisi 15 xalla ikinci, ondan iki xal geri qalan Ekvador yığması isə üçüncüdür. 4-cü sırada qərarlaşan Uruqvay komandasının isə 12 xalı var.