“E” qrupunun favoritləri Belçika və Çexiya seçmələri Brüsseldə üz-üzə gəlib. Oyuna sürətli hücumlarla başlayan meydan sahibləri 8-ci dəqiqədə önə keçiblər. Romelu Lukaku ilk qolun müəllifi olub. Fasilə rəfəsində fərq artıb.  Bu dəfə Eden Azar diqqət mərkəzinə düşüb.

Qarşılaşmada üstün oyun nümayiş etdirən Belçika komandası 65-ci dəqidədə rəqibi yenidən məyus edib. Aleksis Salemakersin vurduğu qol həm də yekun nəticəni müəyyənləşdirib. 3 hesabı ilə qalib gələn

Belçika millisi 13 xalla qrup lideridir. Çexiya komandası isə 7 xalla ikinci pillədədir.
Belarus və Uels komandalarının qarşılaşması daha məhsuldar alınıb. Kazan şəhərində keçirilən oyuna qonaqlar daha yaxşı başlayıblar. Artıq 5-ci dəqiqədə Qaret Beyl penaltidən yararlanaraq hesabı açıb. Lakin Uels seçməsi ilk hissənin sonuna qədər üstünlüyünü qoruya bilməyib. Belarus futbolçuları 1 dəqiqə ərzində 2 qol vurmaqla hesabda önə keçib. Əvvəlcə Vitali Lisakoviç penaltidən fərqlənərək tarazlığı bərpa edib. Saniyələr sonra Pavel Sedko hesabı Belarus millisinin xeyrinə dəyişib. Məğlubiyyətlə barışmaq istəməyən qonaqlar ikinci yarıda dönüş yaradıblar. 69-cu dəqiqədə Qaret Beyl ikinci dəfə 11 metrlik zərbəni dəqiq yerinə yetirib. “Real” Madridin forvardı əlvə olunan 3-cü dəqiqədə het-trik eədək Uels millisinin qələbə qolunun müəllifi olub. Belarus – Uels 2:3.

“C” qrupunun liderləri İtaliya və İsveçrə komandalarının qarşılaşmasında isə qol vurulmayıb. 53-cü dəqiqədə Apeninlilərin fərqlənmək üçün əla şansı olsa da, Jorjinyo penaltidən yararlana bilməyib.