Futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Dünya çempionatının seçmə mərhələsində “İ” qrupunda mübarizə aparan İngiltərə millisi Andorra komandası ilə üz-üzə gəlib. İlk hissədə azarkeşlər 1 qol izləyiblər. 18-ci dəqiqədə Cessi Linqard qapını dəqiq nişan alıb. Fasilədən sonra hücumlarının kəsərini artıran Qaret Soutqeytin komandası daha 3 qol vurub. 72-ci dəqiqədə Harri Keyn penaltini dəqiq yerinə yetirib. Çox keçmədən Cessi Linqard dubl edərək hesabı 3:0-a çatdırıb. Mübarizədə son nöqtəni isə 84-cü dəqiqədə Bukayo Saka qoyub: İngiltərə - Andorra 4:0.

Qrupunun digər oyununda San Marino futbolçuları Polşa yığmasdını qəbul edib. Serravalle şəhərində keçirilən matçın ilk hissəsində qonaqlar 4 qol vurublar. Hesabı Robert Levandovski hesabı açıb. 16-cı dəqiqədə Karol Sviderski fərqi iki topa çatdırıb. Az sonra Levandovski dubl müəllifi olub. İlk yarının sonunda San Marino futbolçuları Karol Linettinin qolu ilə 4-cü dəfə mərkəzə dəvət olunublar. Fasilədən sonra meydan sahibləri fərqi azaldıb. 48-ci dəqiqədə Nikola Nanni topu Voytsex Şensniyin qoruduğu qapıdan keçirib. Qalan vaxt ərzində Polşa seçməsi daha 3 qol vuraraq hesabı rüsvayçı həddə çatdırıb. 67-ci və oyuna artırılan dəqiqələrdə Adam Buksa het-trik edib: San Marino – Polşa 1:7.

5 oyunda maksimum nəticə göstərən İngiltərə muillisi qrup lideridir. İkinci yerdə olan Polşa yığmasının 10 xalı var.

 “B” qrupunda yarışan İspaniya və Gürcüstan komandalarının qarşılaşmasında Piriney təmsilçilərinin qələbəsi qeydə alınıb. İspaniya futbolçuları görüşün taleyini demək olar ki, ilk hissədə həll ediblər. Hesabı 15-ci dəqiqədə Xose Luis Qaya açıb. 10 dəqiqə sonra Karlos Soler rəqibi ikinci dəfə meydanın mərkəzinə dəvət edib. İlk yarının sonlarında Ferran Torres yerli azarkeşləri sevindirib. Fasilədən sonra da təşəbbüsü əldən verməyən meydan sahibləri Pablo Sarabiyanın vurduğu qolla qələbəni təmin ediblər: İspaniya – Gürcüstan 4:0.