Dünya çempionatının seçmə mərhələsinin B qrupunda İtaliya millisi Bolqarıstan seçməsini qəbul edib. Meydan sahibləri 16-cı dəqiqədə hesabı açıblar. Dederiko Kyeza fərqlənib. Meydan sahibləri üstünlüklərini qoruya bilməyiblər. Fasiləyədək tarazlığı bərpa olunub. Atanas İliev hesabı bərabərləşdirib – 1:1. Qalan vaxtda qol vurulmayıb.
Gecənin ən məhsuldar görüşü Estoniyada olub. Yerli komanda Belçika millisini qəbul edib. Oyunda 7 qol vurulub. Qonaqlardan Hans Vanaken, Aksel Vitsel və Tomas Foket hərəyə bir dəfə fərqləndiyi halda, Rmelu Lukaku dubl müəllifi olub. Meydan sahiblərinin gücü isə cəmi 2 qola çatıb. Estonlardan Mattias Kyayt və Erik Sorqa təsəlli qollarının müəllifi olub. Estoniya – Belçika: 2-5
Polşa – Albaniya matçında azarkeşlər 5 qol görüblər. Meydan sahiblərindən Robert Levandovski, Adam Buksa, Qjeqoj Krıxovyak və Karol Linetti qapıya yol tapıb. Qonaqlardan isə “Konyaspor”da mübarizə aparan Sokol Çikaleşi fərqlənib: Polşa – Albaniya 4:1.