Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar olub.

B qrupudna maraqlı nəticə qeydə alınıb. İspaniya millisi səfərdə İsveç futbolçularının qonağı olub. Əksəriyyət ispanların qələbəsinə inansa da, meydan sahibləri bu fikirdə olanları yannıldıblar. Baxmayarq ki, hesabı 5-ci dəqiqədə İspaniya millisi açıb. Karlos Soler fərqlənib. 1 dəqiqə sonra tarazlıq bərpa olunub. Aleksandr İsak hesabı bərabərləşdirib. İkinci yarıda isə Viktor Klasson meydan sahiblərinin qələbə qolunu vurub:  İsveç – İspaniya 2:1.

Macarıstan – İngiltərə görüşündə isə qonaqlar sürprizə imkan verməyiblər. İngilislər rəqib qapısından 4 cavabsız top keçiriblər. İlk hissədə hesab açılamyıəb. İkinci yarıda Rahim Sterlinq, Harri Keyn, Harri Maquayr və Deklan Rays hərəyə bir dəfə fərqlənib.

Almaniya millisi isə Lixtenşteyn seçməsilə qarşılaşıb. Bundestim 2 cavabsız qolla qalib gəlib. İlk hissədə Timo verner fərqlənib. İkinci yarıda isə Leroy Sane müabrizəyə nöqtə qoyub.